Mövsümü erkən başa vurdu

30.09.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Donni van de Bek ciddi zədə səbəbindən uzun müddət oynamayacaq.

“Jirona”nın yarımmüdafiəçisi La Liqanın “Atletik”lə matçında sıradan çıxıb. 28 yaşlı futbolçunun sol ayağının daban vətəri zədələnib. Niderlandlı oyunçu artıq əməliyyat olunub. Onun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi qeyd edilib.
Donni “Jirona”ya ötən ilin yayında “Mançester Yunayted”dən keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью