Mövsümü erkən başa vurdu

21.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ben Devis böyük bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in müdafiəçisi sol topuğundan ağır zədə alıb. Klubun yaydığı məlumata görə, 32 yaşlı futbolçu premier-liqada “Vest Hem”ə məğlub olduqları (1:2) matçda sıradan çıxıb. Futbolçu əməliyyat olunacağı üçün bu mövsümün qalan hissəsində meydana çıxması gözlənilmir.
Bu zədə Uels yığması üçün də böyük itki hesab olunur. Belə ki, milli komanda mart ayında DÇ-2026-nın seçmə turnirinin pley-off mərhələsinin yarımfinalında Bosniya və Hersoqovina ilə oynayacaq.
Xatırladaq ki, “Vest Hem”lə derbi Devisin bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 5-ci oyun idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью