Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə kubokunda “Bornmut”la (2:1) matçda zədələnib.
Futbolpress.az xəbər verir ki, norveçli futbolçu bazar günü keçirilən matçın 61-ci dəqiqəsində meydandan çıxarılmalı olub. “Mançester Siti” Erlinq Haalandın sol topuğunun zədələndiyini təsdiqləyib.
Bazar ertəsi səhər ilkin müayinədən keçən futbolçu cari mövsümü erkən başa vurub. Onun Klubkararası dünya çempionatına qədər komandaya qoşulacağı gözlənilir.
Haaland bu mövsüm 40 matçda 30 qol vurub.