Mövsümü erkən başa vurdu

12.03.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Natan Akenin son durumuna aydınlıq gəlib.

“Mançester Siti”nin müdafiəçisi uzun müddətə sıradan çıxıb. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın verdiyi məlumata görə, niderlandlı müdafiəçi təxminən 10-11 həftə komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, 30 yaşlı futbolçu İngiltərə kubokunun “Plimut” ilə 1/8 final matçında (3:1) zədələnib. Ake cari mövsümdə MS-nin heyətində bütün turnirlər nəzərə alınmaqla 18 matçda meydana çıxıb.
Yeri gəlmişkən, komandanın digər müdafiəçiləri Con Stounz ilə Manuel Akanci də zədəlidi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью