Mövsümü erkən başa vurdu: Dəhşətli zədə FOTOFAKT

13.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Dortmund "Borussiya"sının əsas müdafiəçisi Niko Şlotterbek uzun müddətlik sıradan çıxıb.

Publika.az xəbər verir ki, almaniyalı futbolçu UEFA Çempionlar Liqasının altıncı turunda “Barselona” ilə oyunda ( 2:3 ) zədələnib. Matçın son saniyələrində futbolçu büdrəyərək topuğunu büküb. Niko meydanı tərk etmək iqtidarında olmadığı üçün həkimlər onu xərəkdə aparmalı olublar.

Niko meydana ən yaxşı halda gələn ilin ortalarında qayıdacaq. Onun mövsümü erkən başa vurduğu ehtimal edilir. Sağalma prosesinin nə qədər vaxt aparacağı hələlik tam məlum deyil.

Bu mövsüm Şlotterbek 20 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью