Mövsümün azarkeş rekordu qeydə alındı İdmanXəbər | Icma.az
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.
Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.
“Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.
Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla üstələyib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu