Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
1-ci Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.
QOL.az PFL-ə istinadən xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub. Sonuncu – 27-ci turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.
Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.
14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. 1-ci Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.
Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.
Klub Tamaşaçı Oyun Orta 1 Mingəçevir 11520 14 823 2 Zaqatala 4360 13 335 3 Şəfa 3070 14 219 4 Səbail 2060 14 147 5 MOİK 1240 13 95,4 6 Baku Sportinq 1135 14 81,1 7 Difai 915 13 70,4 8 Şahdağ Qusar 510 13 39,2 9 Cəbrayıl 440 13 33,8 10 Şimal 460 14 32,9 cəmi 25710 135 190