Mövsümün ən gərgin matçını oynadıq Rəşad Sadıqov

22.04.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bizon Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

"Gərgin və stressli qarşılaşma alındı. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Bəlkə də mövsümün ən gərgin matçını oynadıq. 65-ci dəqiqəyə qədər qarşılaşma bərabər səviyyədə gedirdi, daha sonra rəqib irəli atıldı. Biz isə hesabı qorumaq üçün daha çox müdafiəyə üstünlük verdik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçularıma təşəkkür edirəm, güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik."

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью