Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

15.05.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Mükafata namizədlər Arne Slot (Liverpul), Tomas Frank (Brentford), Eddi Hau (Nyukasl), Nunu Eşpiritu Santu (Nottingem Forest) və Vitor Perreyradır (Vulverhempton).

Qeyd edək ki, Arne Slot ötən yay “Liverpul”un “sükanı arxasına” keçib və komandaya mövsüm başa çatmadan Premyer Liqa çempionluğunu qazandırmağı bacarıb.

Eddi Hauvun rəhbərlik etdiyi “Nyukasl” isə bu mövsüm İngiltərə Liqa Kubokunu qazanıb. Bu, klubun son 70 ildə qazandığı ilk daxili kubok olub. (Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью