“Mövsümün əvvəlində bunları bacaracağımıza heç kim inanmazdı”

14.05.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Azərbaycan Kubokunun qalibi olub. “Bayquşlar” həlledici matçda “Zirə”yə qalib gəlib – 2:1.

Matçdan sonra “futuristlər”in futbolçusu Abdulla Xaybulayev “Futbolpress.az”a fikirlərini bölüşdü:

“Sevincliyik. Liqanı qazandıqdan sonra bütün diqqətimiz kubokda idi. Həm “qızıl dubl” etmək, həm də titulumuzu qorumaq istəyirdik. Şükürlər olsun, bunu bacardıq. Əməyi keçən hər kəsə təşəkkür edirəm.

Mövsümün əvvəlində bunları bacaracağımıza heç kim inanmazdı. Lakin oynadıq, mübarizə apardıq, döyüşdük və sonda mükafatını aldıq”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью