Mövsümün əvvəlini buraxa bilər DÇ nin EHTİMALI

17.07.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tibo Kurtua bir müddət yaşıl meydanlardan kənarda qalacaq. “Real”ın qapıçısı yeni mövsümün ilk matçlarını buraxa bilər.

"Football-plus.az" xəbər verir ki, onun Belçika yığmasının İspaniyaya qarşı keçirilən oyununda (1:2) aldığı zədə yetərincə ciddidi. Tibonun bərpa müddətinin təxminən 4-8 həftə çəkəcəyi proqnozlaşdırılır.
İlkin ehtimallara əsasən, Kurtuanın sol ayağının bud nahiyəsi zədələnib. Dəqiq diaqnoz geniş tibbi müayinədən sonra məlum olacaq. Proqnoz təsdiqlənərsə, futbolçu “Real”ın yeni mövsümdəki ilk oyunlarını buraxacaq. Bu halda madridlilərin qapısını Andrey Lunin qoruyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью