futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqası 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Mövsümün oyunçusu adına namizədlər:
Bruno Fernandeş (“Mançester Yunayted”), Qabriel Maqalyans (“Arsenal”), Morqan Qibbs-Uayt (“Nottingem Forest”), Erlinq Haaland (“Mançester Siti”), David Raya (“Arsenal”), Deklan Rays (“Arsenal”), Antuan Semenyo (“Bornmut”) və İqor Tyaqo (“Brentford”).