Mövsümün son cəzları açıqlandı

27.05.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının sonuncu – XXXVI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun "Sabah" – "Neftçi" oyununun 50-ci dəqiqəsində "Sabah" klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, "Sabah" klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun "Sabah" – "Neftçi" oyununun 76-cı dəqiqəsində "Neftçi" klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Neftçi" klubu 1000 manat cərimə edilsin (maddə 41);

25.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun "Turan Tovuz" – "Kəpəz" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə "Turan Tovuz" klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью