Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Kazemiro gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Premyer Liqa klubunu tərk edəcək. Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında məlumat verib.
Kazemiro klubla yeni müqavilə imzalamayacaq. 33 yaşlı dayaq yarımmüdafiəçisi yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin iyul ayında "Real"dan 70 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meeydana çıxdığı 21 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi