Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lukas Vaskes uzun illər şərəfini qoruduğu “Real”ı tərk edəcək.
Təcrübəli futbolçu yayda komandanı tərk edəcək. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, ispaniyalı müdafiəçi Klublararası Dünya Çempionatından sonra Madrid klubu ilə vidalaşacağını bildirib. Vaskes 2007-ci ildə “Real”ın akademiyasına qoşulub. 33 yaşlı futbolçu əsas komandada indiyə qədər 399 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib.
“Real”da 21 kubok qazanan Lukasın klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədərdi.