Mövsümün startını buraxacaq

11.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mövsümün startını buraxacaq

“Napoli”nin müdafiəçisi Luka Marianuççi sıradan çıxıb.

QOL.az "Football İtalia"ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu İspaniyanın “Selta”sı ilə yoxlama oyununda sol dizindən zədə alıb. Klubun yaydığı tibbi açıqlamaya əsasən, Marianuççinin sol dizinin medial kollateral bağında yüksək dərəcəli zədə aşkarlanıb. 

Onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən müdafiəçi İtaliya çempionatının startında, həmçinin sentyabrda başlayacaq Çempionlar Liqasının ilk oyunlarında komandasına kömək edə bilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью