Mövsümün yeni rekordu Neftçi Qarabağ oyununda qeydə alındı

02.12.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib. “Neftçi Arena”dakı qarşılaşmanı 7069 azarkeş izləyib. Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir. Bunadək rekord IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaq komanda 3:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью