Moyka lara xarici qəpiklər atılır VİDEO

01.06.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi sürücülər avtoyuma məntəqəsində aparata 50 qəpik əvəzinə başqa ölkələrin qəpiklərini atırlar...

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki,  avtoyuma məntəqəsinin sahibi sürücülərin bu addımından şikayətlənir. Bu barədə video paylaşan Vüsal Rzayev bildirir ki, təxminən 4 ildir fəaliyyət göstərən məntəqədə belə hallarla mütəmadi olaraq qarşılaşır.

Onun sözlərinə görə, müştərilər xarici metal pulla aparatı yanıltmağa çalışsalar da, bu cəhd uğurlu olmur.

O bildirib ki, avtoyuma məntəqəsində zaman-zaman maraqlı və gülməli hadisələr də yaşanır.

Vüsal Rzayev bildirib ki, paylaşdığı videoya gələn rəylərdən məlum olub ki, bu halla üzləşən təkcə o deyil.

Onun sözlərinə görə, digər 50 qəpiklə işləyən avtoyuma məntəqələrində də ölçüsü və forması 50 qəpiyə bənzəyən xarici ölkələrin metal pullarından istifadəyə cəhd edənlər olur.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью