Möylə Mirzəliyevin vəziyyəti AÇIQLANDI

06.03.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti orta ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası martın 3-də Yeni Klinikaya köçürülüb və müalicəsi davam etdirilir.

Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью