Mozambik millisinin üzvü “Zirə”yə transfer olundu

08.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan Axar.az-a verilən məlumata görə, "qartallar" Rikardo Martins Gimaraynşı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "İğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью