Mozambikdə daşqınlar humanitar böhrana səbəb olub

26.01.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mozambikdə 2025-ci ilin oktyabr ayında yağışlı mövsümün başlaması ilə baş verən daşqınlar ciddi humanitar böhrana səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət üzündən ölkənin cənubunda yüzlərlə ailə xilasetmə gözləyir.

Cənubi və Şərqi Afrikada hər il oktyabr-aprel ayları arasında baş verən yağışlı mövsüm son illərdə həddindən artıq yağıntının düşməsinə və qəfil

daşqınlara gətirib çıxarıb. Bu isə əhəmiyyətli humanitar və iqtisadi risklərə səbəb olub.

Mütəxəssislər iqlim dəyişikliyinin təsirləri səbəbindən yağıntıların miqdarının artmasının 
sürüşmələrin və infrastrukturun zərər riskinin çoxalmasına nədən olduğunu bildirib.

Qeyd edək ki, kənd təsərrüfatından asılı dolanışıqların üstünlük təşkil etdiyi bölgələrdə bu vəziyyət ərzaq təhlükəsizliyini və humanitar yardımdan asılılığı artırır.

L. Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью