Mozambikdə həftə ərzində hökumət əleyhinə etirazlarda 134 nəfər ölüb

28.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mozambikdə hökumət əleyhinə müxalifətin təşkil etdiyi kütləvi nümayişlər nəticəsində həftənin əvvəlindən azı 134 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Lusa" agentliyi müxalif "Decide" qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.

Oktyabrın 24-də başlayan iğtişaşlar zamanı ölənlərin sayı 261 nəfərə çatıb, yaralı sayı 573 nəfər təşkil edir.

Qeyd edilir ki, həftə ərzində 161 nəfər saxlanılıb. Son iki ayda saxlanılanların sayı 4199 nəfərdir.

Mozambikin mərkəzi "Notisias" qəzetinin məlumatına görə, müxalifətin törətdiyi iğtişaşlar ölkədə xaosa və geniş dağıntılara səbəb olub. Etiraz aksiyaları yolların bağlanması, yanan təkərlərdən barrikadaların yaradılması, dövlət və şəxsi mülkiyyətin dağıdılması ilə müşayiət olunur.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью