Mozambikdə vəba epidemiyası onlarla insanın həyatına son qoyub

25.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son aylarda Mozambikdə vəbadan azı 32 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə "Lusa" xəbər agentliyi Mozambik Səhiyyə Nazirliyinı istinadən məlumat verib.
Məlumata görə, 2025-ci ilin sentyabr ayında epidemiyanın başlamasından bəri 2 650 yoluxma halı qeydə alınıb.
Epidemiyanın ən çox təsir etdiyi əyalət Nampula olub, burada 17 ölüm və 1 314 yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, Mozambikdə əvvəlki vəba epidemiyası (2024-cü ilin oktyabrı - 2025-ci ilin iyul ayları) 4 484 nəfərin yoluxmasına, onlardan 64 nəfərin ölümünə səbəb olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью