“MPAY” QSC təşkilati hüquqi formasını dəyişməsinə görə qiymətli kağızlarını dövriyyədən çı…
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“MPAY” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişdirərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi prosesinə başlayıb.
Şirkət bununla əlaqədar olaraq, sahib olduğu qiymətli kağızları dövriyyədən çıxarıb.
Qeyd edək ki, “MPAY” QSC Azərbaycanda ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş şirkətə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verilmiş və o, elektron ödənişlər, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində ixtisaslaşıb.
“MPAY” hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və “MPAY” elektron pulqabı/onlayn ödəniş platformasını özündə birləşdirir.
Şirkət, həmçinin "mpay.az" veb-saytı və “MPAY” mobil tətbiqi vasitəsilə istifadəçilərə müxtəlif ödəniş xidmətləri təqdim edir.
“MPAY”in Azərbaycan daxilində bir neçə filialı və ödəmə məntəqəsi mövcuddur.
Tam oxu
Xəbəri oxu