MPL: 198 oyun, 511 qol

01.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasında 2025/26 mövsümünün hesabatını təqdim edib.

Futbolpress.az xəbər verir ki, ötən “futbol ili”ndə 198 oyun keçirilib və 511 qol vurulub.

Çempionatın ən tez vurulan qolu “Şamaxı” – “Sabah” matçında (1:2) qeydə alınıb. “Bayquşlar”ın hücumçusu Coy-Lens Mikels 38-ci saniyədə fərqlənib.

Oyunlarda orta məhsuldarlıq 2.58 olub. 511 qolun 55-i penaltidən vurulub, 15 dəfə isə avtoqol qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью