MPL: 34 cü Azərbaycan çempionatı Şamaxıda start götürür

15.08.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü start götürəcək.

Fanat.Az xəbər verir ki, son illərdə ilk dəfə 12 komandanın iştirakı ilə baş tutacaq mövsümün açılışı Şamaxıda baş tutacaq.

Sayca 34-cü Azərbaycan çempionatının ilk oyununda debütantlar "Karvan-Yevlax" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. Yevlax şəhər stadionu təmirə bağlandığından, "Karvan-Yevlax" qış fasiləsinə kimi rəqiblərini Şamaxıda qəbul edəcək.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, ilk tur təxirəsalma ilə yadda qalacaq. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb. Beləliklə, 6 görüşdən 5-i baş tutacaq. "İmişli" - "Turan Tovuz" və "Neftçi" - "Şamaxı" görüşləri şənbə, "Sumqayıt" - "Kəpəz" oyunu bazar, "Zirə" - "Araz-Naxçıvan" qarşılaşması isə avqustun 19-da keçiriləcək. 

Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
15 avqust (cümə)

17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov, Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu.
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью