Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Misli Premyer Liqasında VII tur başa çatıb.
Futbolpress.az xəbər verir ki, ən çox azarkeş “Neftçi” – “Sabah” matçında qeydə alınıb. Qolsuz başa çatan görüşü 7 min fanat tribunadan izləyib.
Ən aşağı göstərici isə “Zirə” – “Şamaxı” görüşündə olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda tribunalarda 250 fanat yer alıb.
Misli Premyer Liqasında turun oyunlarını izləyən azarkeş sayı:
Araz-Naxçıvan – Kəpəz 0:2 (600 tamaşaçı)
Neftçi – Sabah 0:0 (7076 tamaşaçı)
Zirə – Şamaxı 1:1 (250 tamaşaçı)
Sumqayıt – Qəbələ 4:1 (1000 tamaşaçı)
İmişli – Qarabağ 0:2 (3000 tamaşaçı)
Şəfa – Turan Tovuz 0:1 (700 tamaşaçı).
Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.