Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Mərdəkanda baş tutub.
Günün yeganə qarşılaşmasında "Araz-Naxçıvan" "Şamaxı"nı qonaq edib.
Elmar Baxşıyevin komandası çempionatdakı ardəcəl 7-ci görüşdə də qələbəyə həsrət qalıb. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.
"Araz-Naxçıvan" 47 xalla 3-cü pillədə qalıb, "Şamaxı" isə xallarını 28-ə çatdıraraq "Neftçi" ilə 6-ci yerləri bölüşür.
Qeyd edək ki, tura 16 martda yekun vurulacaq. Misli Premyer Liqası 27-ci tur 14 mart "Araz-Naxçıvan" – "Şamaxı" 1:1 Qollar: Bernardo Dias, 3
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev. VAR: İnqilab Məmmədov, Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Mərdəkan. Liv Bona Dea Arena. “Araz-Naxçıvan”: 12.