futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında 4 klubun dəyəri artıb.
Futbolpress.az-ın məlumatına görə, bunlar “Sabah”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz”dir. Klubların “transfermarkt”da “bazar qiyməti” yüksəlib.
“Sabah” və “Zirə”də 11.8, “Kəpəz”də 9.5, “Turan Tovuz”da isə 6.8 faizlik artım olub.
Liqada ən çox dəyər itirən “Qarabağ”dır. Heyətdə ciddi dəyişikliklər edən “atlılar”da 9.1 faizlik eniş qeydə alınıb. Komandanın hazırda dəyəri 25 milyon avrodur və bu, çempionat üçün ən yüksək məbləğdir.
Digər dəyər itirənlər “Neftçi” və “Sumqayıt”dır. Birincilərin “bazar qiyməti” 1.7, “kimyaçılar”ın isə 3.7 faiz azalıb.
Misli Premyer Liqasının ümumi dəyəri 121.23 milyon avrodur. Ötən mövsümün yekununda bu rəqəm 111.58 milyon təşkil edirdi.
Şahin Cəfərov