MPL: hakim gündəliyi bir oyunda 10 “sarı” verən kimdir?

06.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında 6 turdan sonra ən çox sarı vərəqədən istifadə edən hakim Kamal Umudludur.

Futbolpress.az-ın məlumatına görə, referi təyinat aldığı üç matçda 17 dəfə “sarı” göstərib. O, 2 dəfə də futbolçulara qırmızı vərəqə verib.

Umudlunun çempionatdakı oyunları:

Sumqayıt – Neftçi 1:3 (5 sarı, 1 qırmızı vərəqə)
Kəpəz – Turan Tovuz 1:0 (6 sarı vərəqə)
Sabah – İmişli 3:1 (6 sarı, 1 qırmızı vərəqə).

Misli Premyer Liqasında geridə qalan turlarda ən çox penalti qərarı verən isə İnqilab Məmmədovdur. Referi 3 matçda 15 sarı vərəqə göstərib, 3 dəfə də metrlik zərbə təyin edib.

Məmmədovun çempionatdakı oyunları:

Qəbələ – Şəfa 0:1 (4 sarı vərəqə)
Sabah – Zirə 5:0 (3 sarı vərəqə, 1 penalti)
Şamaxı – Araz-Naxçıvan 2:1 (8 sarı vərəqə, 2 penalti).

Liqada cəmi 2 oyunda baş hakim olan Vüqar Həsənli isə 11 sarı vərəqə göstərib, 1 dəfə penalti qərarı verib. Referi ən az oyun idarə etməsinə baxmayaraq, sərt qərarlarla diqqət çəkib. O, liqada bir görüşdə ən çox “sarı”dan istifadə edən hakimdir.

Həsənlinin çempionatdakı oyunları:

Kəpəz – Şamaxı 1:4 (10 sarı vərəqə)
Qarabağ – Şəfa 1:0 (1 sarı vərəqə, 1 penalti).

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью