futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında başa çatan mövsümdə ən çox heç-heçə edən komanda “Zirə”dir.
Futbolpress.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 33 matçın 14-də meydanı bir xalla tərk edib. “Qartallar” mövsümü beşinci sırada bitirib. Qəsəbə təmsilçisinin “sülh”ü qələbəsindən daha çoxdur. 14 dəfə bərabərliyə razılaşan “Zirə” 13 dəqə üç xala sevinib.
Bu göstəricidə ikinci sırada “İmişli” qərarlaşıb. Bölgə təmsilçisi 13 dəfə heç-heçə edib. Eyni sayda məğlubiyyəti olan “şirlər” mövsümü 7 qələbə ilə 9-cu sırada başa vurub.