Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir. Misli Premyer Liqasında 14-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha bir matş oynanılacaq.
Dörd günü əhatə edəcək turun ikinci oyunu Yevlaxda baş tutacaq. "Karvan-Yevlax" öz meydanında "Şamaxı"nı qonaq edəcək.
Meydan sahiblərinin sükanı arxasında ilk iki sınağını "Qarabağ"a qarşı keçirən Füzuli Məmmədov bu dəfə münasib rəqiblə üz-üzə gələcək.
Sonuncu pillədən xilas olmağa çalışan yevlaxlılar doğma azarkeşləri önündə qələbə qazanmaq əzmindədir.
Start fiti saat 14:00-da səslənəcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər (1:1).
Turun qalan oyunları bazar ertəsi və çərşənbə axşamı reallaşacaq. Misli Premyer Liqası 14-cü tur 7 dekabr 14:00.