futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqası klubları yay transfer çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, heyətini 11 legionerlə gücləndirən “Qarabağ” çempionatın ən bahalı komandasıdır. “Atlılar”ın “transfermarkt”da dəyəri 27.58 milyon avrodur. Komandanın “bazar qiyməti” ən yüksək olan futbolçusu Mateuş Koxalskidir. Polşalı qolkiperin dəyəri 2.5 milyon avro göstərilib.
Yeni transferlərdən Dieqo Rosa və Taofiq İsmail 1.5, Reda Xadrada isə 1.2 milyon avro məbləğində qiymətləndirilir.
Son çempion “Sabah” bazar qiymətinə görə ikinci sıradadır. Azərbaycanı Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək “bayquşlar”ın “transfermarkt”da ümumi göstəricisi 18.5 milyon avro təşkil edir. Cinah müdafiəçisi Timoteuş Puxaç 2.5 isə milyonluq qiymətlə komandanın ən bahalı futbolçusudur.
“Üçlüy”ü “Neftçi” tamamlayır. “Ağ-qaralar”ın bazar qiyməti 13.9 milyon avrodur. Komandanın ən bahalı futbolçusu isə bu yay heyətə qoşulan Rüfət Abbasovdur-1.2 milyon avro.
Siyahının son pilləsində “Şamaxı” qərarlaşıb. Bölgə təmsilçisinin dəyəri 3.9 milyon avrodur. Komandada ən yüksək göstəricisi isə portuqaliyalı Rikardo Apolinariyoya məxsusdur – 650 min avro.
Misli Premyer Liqası klublarının “transfermarkt” dəyərləri:
Qarabağ – 27.58 milyon avro
Sabah – 18.5 milyon avro
Neftçi – 13.9 milyon avro
Zirə – 11.25 milyon avro
Turan Tovuz – 10.3 milyon avro
Sumqayıt – 9.35 milyon avro
İmişli – 6.08 milyon avro
Araz-Naxçıvan – 5.83 milyon avro
Kəpəz – 5.25 milyon avro
Qəbələ – 4.68 milyon avro
Şəfa – 4.2 milyon avro
Şamaxı – 3.9 milyon avro
Şahin Cəfərov