MPL: mövsümün fərqlənən hakimləri

01.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında başa çatan 2025/26 mövsümündə oyunlara ən çox təyinat alan hakim məlum olub.

Futbolpress.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi ən çox Kamal Umudluya etimad göstərib. FIFA referisi 18 matçda baş hakim funksiyasını yerinə yetirib. O, bu görüşdə 65 sarı, 2 sarı vərəqədən istifadə edib. Umudlu 4 dəfə isə penalti qərarı ilə diqqət çəkib.

Umudludan sonra dörd hakim 16 dəfə matçlarda əsas söz sahibi olub. Bunlar Rauf Cabarov, Rəşad Əhmədov, Tural Qurbanov və Kamranbəy Rəhimovdur.

Adıçəkilən referilə arasında ən çox sarı vərəqə göstərən Rəşad Əhmədovdur. O, 72 dəfə futbolçulara rəsmi xəbərdarlıq edib. Əhmədov həm də çempionatda ən çox “sarı”dan istifadə edən hakimdir. Referini fərqləndirən digər göstərici isə təyin etdiyi penalti sayıdır. O, FIFA kateqoriyalı hakim Elçin Məsiyevlə birlikdə ən çox “11 metrə” qərarı verəndir – 8 dəfə.

Liqada ən çox “qırmızı” isə FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyevlə bağlıdır. Hər iki hakim mövsümboyu üç dəfə qırmızı vərəqədən istifadə edib.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью