MPL: Neftçi Səbail i, Qarabağ Kəpəz i qəbul edir YENİLƏNİR

18.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 35-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.

Öncə “Neftçi” elitanı tərk edəcəyi dəqiqləşən “Səbail”i qəbul edəcək. Turun son matçında isə çempion “Qarabağ” "Kəpəz"i sınağa çəkəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Turan Tovuz”a (0:1), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Zirə” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
35-ci tur
18 may

“Neftçi” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
“Neftçi Arena”, 17:00.

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
“Azərsun Arena”, 19:00.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью