Fanat saytına istinadən Icma.az xəbər verir. Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq. Əvvəlcə Tovuzda "Kəpəz" ilə "Zirə" münasibətlərinə aydınlıq gətirəcək.
“Kəpəz” Premyer Liqaya qayıtdıqdan sonra "Zirə" ilə keçirdiyi 9 matçın heç birində qələbə qazanmayıb.
Gəncə təmsilçisinin gücü heç-heçəyə çatıb ki, 9 görüşün 4-də bunu reallaşdıra bilib.
Ancaq Rəşad Sadıqovun komandası qərb təmsilçisi ilə son 3 oyunda qalib gəlib.
Günün ikinci qarşılaşmasında "Sumqayıt" ilə "Neftçi" üz-üzə gələcək.
Samir Abasov üçün ilk dövrənin sonunda ayrıldığı "Gənclik şəhəri" təmsilçisi ilə matç prinsipiallıq daşıyır.
"Ağ-qaralar" səfərdə qələbə qazana bilsələr, turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdıracaq, ən azından "Sumqayıt"ı geridə qoya biləcək.