MPL nin “əlcək sahibləri” rəqəmlərdə

11.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasında IV tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, ölkə çempionatında geridə qalan turlardan sonra qapıçıların göstəriciləri müəyyənləşib.

Çərçivəsini toxunulmaz saxlamaq baxımından ən yaxşı nəticəyə 5 qolkiper imza atıb. Aktivində 2 “quru” matç olan qapıçılar siyahısının zirvəsində Stas Pokatilov (“Sabah”), Rikardo Fernandes (“Şamaxı”), Aleksey Kenyaykin (“Turan Tovuz”), Yusif İmanov (“İmişli”) və Aydın Bayramov (“Zirə”) qərarlaşıblar. Bu “beşlik” arasında Fernandes və İmanov yalnız qapısını toxunulmaz saxlamaqla kifayətlənməyib, həm də seyv sayında yüksək nəticələr göstəriblər.

Ümumi qurtarış sayına gəldikdə isə cədvəlin zirvəsində Artur Auqusto (“Araz-Naxçıvan”) qərarlaşıb. O, geridə qalan 4 turda 19 dəfə seyv etməyi bacarıb. İkinci pilləni 16 qurtarışla Nicat Mehbalıyev (“Sabah”), Səlahat Ağayev (“Qəbələ”) və Rikardo Fernandes bölüşür. Həmçinin Emil Balayev (“Neftçi”) və Roşerio Santos (“Kəpəz”) hərəyə 14, Yusif İmanov isə 10 seyvlə ilk “yeddilik”də yer alıblar.

Rəqəmlər göstərir ki, ən çox seyv edənlər hər zaman qapısını toxunulmaz saxlayanlar olmurlar. Artur Auqusto 19 qurtarışla zirvədə olsa da, yalnız 1 oyunda qapısını toxunulmaz saxlayıb. Əksinə, Pokatilov və Bayramov kimi “əlcək sahibləri” cəmi 4 seyvlə 2 “quru” oyuna nail olublar. Bu göstəricilər komandaların müdafiə xəttinin imkan verdiyi epizod sayından asılıdır. Həm qurtarış sayında, həm də toxunulmazlıqda balans qoruyan Rikardo Fernandes (16 qurtarış, 2 “quru” oyun) və Yusif İmanovu (10 qurtarış, 2 “quru” oyun) isə statistik baxımdan hələlik liqanın ən etibarlı çərçivə qoruyucuları hesab etmək olar.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью