Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün Misli Premyer Liqasının XXXII turunun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, ikinci günün qarşılaşmaları eyni vaxtda baş tutub.
“Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “İmişli”ni məğlub edib.
“Qarabağ” sona bir tur qalmış gümüş medalı təmin edib. “Turan Tovuz”un isə mövsümü üçüncü sırada bitirəcəyi dəqiqləşib.
Misli Premyer Liqası
XXXII tur
16 may
17:00. “Şamaxı” – “Turan Tovuz” 3:2
Qollar: Arsen, 11, Balau, 29, Abdulla, 82 – Vadji, 65, Serrano, 72
Hakimlər: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu.
17:00. “Qarabağ” – “İmişli” 3:0
Qollar: Duran, 46, Yankoviç, 66 (pen.), Zubir,
Hakimlər: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu.