MPL: “Sabah” ilə “Qarabağ” arasında ilk oyunun turu bilindi

17.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 2026/27 mövsümünün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, son çempion “Sabah”ın “Qarabağ”la ilk oyununun vaxtı da məlum olub. Komandalar IX turda üz-üzə gələcək.

“Atlılar” ardıcıl iki çətin oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə “Neftçi”ni qəbul edəcək, daha sonra səfərdə “Sabah”la üz-üzə gələcək.

Çempionatda mövsümə avqustun 14-də start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью