MPL: Sabah Qarabağ matçı lideri dəyişəcəkmi?

18.12.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında bu gün bir oyun keçiriləcək. 

Fanat.Az xəbər verir ki, 1-ci turdan təxirə salınmış tur çərçivəsində "Qarabağ"  ilə "Sabah" üz-üzə gələcəklər. 

Masazırda baş tutacaq görüş prinspiallıq vəd edir.  Belə ki, qələbə qazanacaq tərəf liderlik taxtında möhkəmlənəcək. 

Son vaxtlar yaxşı formada olan, liderdən cəmi 2 xal geri qalan "bayquşlar" ev oyunundan qalib ayrılacağı təqdirdə zirvəni özününküləşdirəcək. "Qarabağ" üçünsə 3 xal qış çempionluğunun rəsmiləşdirəcəyi anlamındadır. 

Pronsipial qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək. 

Misli Premyer Liqası
1-ci turun oyunu
18 dekabr 

19:30. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli. 
VAR: Tural Qurbanov, Asiman Əzizli. 
Hakim-inspektor: Vüsal Əliyev. 
AFFA nümayəndəsi: Erkin Hüseynov. 
Masazır. “Bank Respublika Arena”. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью