MPL: Şamaxı nın Yevlax sınağı, Qarabağ Sabah duelində çempionluğun taleyi həll olunur

18.04.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XXVIII tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start götürən turun daha iki oyunu bu gün keçiriləcək.

Əvvəlcə "Karvan-Yevlax" "Şamaxı"nı sınağa çəkəcək. Çempionatda 24 oyunluq qələbəsizlik seriyasını ötən tur "Kəpəz"lə oyunda sonlandıran Yevlax təmsilçisi növbəti 3 xalını əldə etməyə köklənib. Ayxan Abbasovun komandası da son üç oyunda xal itirdiyi üçünYavlaxdakı görüş gərgin mübarizə vəd edir.

Bu gün "Tofiq Bəhramov"da baş tutacaq turun mərkəzi oyunu - "Qarabağ" - "Sabah" qarşılaşması da bir çox suallara aydınlıq gətirə bilər. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlənlər" "bayquşlar"ı yenə bilməsə, çempionluğun taleyi böyük ölçüdə həll olunacaq. Əks halda, intriqa son turlara qədər davam edəcək. 

Tura bazar günü yekun vurulacaq. 

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Turan Tovuz"a böyük hesabla (0:3) uduzub, "Zirə" – "Neftçi" derbisində isə qalib müəyyənləşməyib (1:1).

Misli Premyer Liqası
XXVIII
18 aprel

15:30. "Karvan-Yevlax" – "Şamaxı"
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu.

19:30. "Qarabağ" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tofiq Bəhramov adına Respublika stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью