Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında XVII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə yeni ildə ilk oyununu doğma meydanda keçirən "Şamaxı" "Qəbələ"ni sınağa çəkəcək. Kaxaber Tsxadadzenin komandası səfərdən 3 xalla dönməyi bacarsa, autsayder "üçlüy"ündə mövqeyini yaxşılaşdıracaq. Saat 14:00-da başlayacaq qarşılaşmanın start fitini Rəşad Əhmədov səsləndirəcək.
Həftəiçi Çempionlar Liqasında rüzgar əsdirən "Qarabağ" Suraxanıda "Kəpəz"i qonaq edəcək. Qurban Qurbanovun həm "Ayntraxt"la oyunun yorğunluğunu, həm də növbəti həftənin ortasında "Liverpul"la qarşılaşmanı nəzərə alaraq, əsas heyət üzvlərini qoruyacağını, az şans qazanan futbolçulara üstünlük verəcəyini ehtimal etmək olar. Bununla belə, "köhlən atlar" qələbə qazanaraq azı bir günlük liderliyi ələ keçirməyə çalışacaq. Saat 16:30-da başlayacaq oyunu Vüqar Həsənli idarə edəcək.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə qalib müəyyənləşməyib: "İmişli" - "Araz-Naxçıvan" 2:2, "Neftçi" - "Zirə" 0:0.
Tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
XVII tur
24 yanvar
14:00. "Şamaxı" – "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov, Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu.
16:30. "Qarabağ" – "Kəpəz"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Azərsun Arena".