MPL: Şamaxı Sumqayıt ı, Qəbələ Araz Naxçıvan ı qəbul edir YENİLƏNİR

30.11.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 13-cü tur yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

“Şamaxı” öz meydanında “Sumqayıt”la qarşılaşacaqsa, turun son matçı qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Zirə”yə (0:2), “İmişli” “Sabah”a (0:3) uduzub, “Qarabağ” “Karvan-Yevlax”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçı isə qolsuz bitib.

Misli Premyer Liqası
13-cü tur
30 noyabr

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 14:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:30.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью