MPL: Səbail Araz Naxçıvan ı, Sabah Qarabağ ı qəbul edir YENİLƏNİR

27.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasında 32-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Səbail”lə “Araz-Naxçıvan” üz-üzə gələcəklər. Günün daha çox maraq doğuran oyununda isə “Sabah” lider “Qarabağ”ı qəbul edəcək.

Daha öncə keçirilən “Turan Tovuz” – “Şamaxı” matçında qalib müəyyənləşməyib (1:1), “Kəpəz” isə “Zirə”yə uduzub – 0:1. Tura sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
32-ci tur
27 aprel

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
“ASCO Arena”, 17:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
“Bank Respublika Arena”, 20:00.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью