Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir. Misli Premyer Liqasında XX tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start görürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
Bayılda elitada qalmaq uğrunda prinsipiallıq daşıyan görüş olacaq. Autsayderlər "Səbail" və "Kəpəz" münasibətlərinə aydınlıq gətirəcəklər.
Gəncəlilər qalib gəlsələr, "dənizçilər"lə xal fərqini 5-ə çatdıraraq bir qədər rahatlaşacaqlar.
Əks halda, "Səbail" "Kəpəz"i udmaqla 1 xal önə keçib sonuncu pillədən xilas olacaq. Günün ikinci oyunu Masazırda reallaşacaq.
"Sabah"la "Sumqayıt"ın qarşılaşması da qonşuların dueli olacaq.
Vasili Berezutskinin komandası qələbə qazana bilsə, ən yaxın izləyicisindən 10 xal aralanacaq.
Vaqif Cavadovlu "Sumqayıt" uçurumun böyüməməsi üçün meydandan xalla ayrılmalıdır.