MPL: Son çempion hazırkı liderlə üz üzə YENİLƏNİR

09.10.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.

Apasport.az xəbər verir ki, günün son qarşılaşması Bakıda baş tutacaq.

“Neftçi” doğma meydanda son çempion “Sabah”la üz-üzə gələcək.

Hazırda 15 xalla turnir cədvəlinə başçılıq edən “ağ-qaralar” azarkeşləri önündə qələbə qazanaraq liderliyini möhkəmləndirməyə çalışacaq.

“Bayquşlar” isə UEFA Çempionlar Liqasındakı ilk matçı öncəsi üç xal əldə etmək niyyətindədir.

“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Misli Premyer Liqası

VII tur

19:30. "Neftçi" - "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu 
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov 
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Arda Güler “Real”da ayın ən yaxşısı seçildi "Neftçi" "Sabah"la oyunun hazırlığını başa vurub “İmişli”də iki ayrılıq I Liqa: "Səbail" "Karvan-Yevlax"la bacarmadı Azərbaycan Kuboku: "Zəngəzur", "Kür-Araz" və "Marafon"növbəti mərhələdə - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью