MPL: Sumqayıt Neftçi ni, Zirə debütantı qəbul edir

16.08.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Misli Premyer Liqasında 1-ci turunun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş reallaşacaq.

Öncə "Sumqayıt" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək. Oyunda ədaləti Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq. 

Ardından isə "Zirə" ilə debütant "Şəfa" qarşılaşacaq. Bu matçın baş hakimi Elvin Bayramov olacaq.

Tur sabah keçiriləcək “Qarabağ” – “Şamaxı” oyunu ilə yekunlaşacaq.

Misli Premyer Liqası
1-ci tur
16 avqust

"Sumqayıt" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“SOCAR Polymer Arena”, 19:00

"Zirə" – "Şəfa"
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə İdman Kompleksinin stadionu, 21:00

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью