MPL: Sumqayıtda ilin son oyunu keçirilir

22.12.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun, həmçinin ilin son oyun günündə bir qarşılaşma baş tutacaq.

"Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Bayquşlar" ötən tur "Qarabağ"dan aldığı, dünən əldən verdiyi  liderliyi qaytarmaq, başqa sözlə, fasiləyə "qış çempionu" kimi yollanmaq üçün səfərdən qalib dönməlidir. "Sumqayıt" isə ilk "üçlüy"ə can atır və buna görə "Sabah"dan xal almağı hədəfləyib.

Qeyd edək ki, tur çərçivəsində "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib, "Zirə" isə "İmişli" ilə bərabərə (0:0) qalıb.

Misli Premyer Liqası
XVI tur
22 dekabr 

19:30. "Sumqayıt" – "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə  
VAR: İnqilab Məmmədov, Kamran Bayramov. 
Hakim-inspektor: Ceyhun Haşımov. 
AFFA nümayəndəsi: Nəriman Axundov. 
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью