MPL: Turan Tovuz Araz Naxçıvan a qalib gəlir YENİLƏNİR | Icma.az
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Açılış oyununda avrokuboklara can atan iki bölgə komandası - "Araz-Naxçıvan"la "Turan Tovuz" üz-üzə gələcəklər.
Naxçıvanlıların qonağı olacaq qərb təmsilçisini meydana baş məşqçisi Kurban Berdiyev çıxara bilməyəcək.
Rusiyalı mütəxəssis ötən turdakı aqressiv davranışına görə İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunub.
"Araz-Naxçıvan"la "Turan Tovuz"un bu mövsümkü 3 duelindən ikisində Elmar Baxşıyevin komandası qalib gəlib (2:1, 1:0), digərində isə Berdiyevin yetirmələri üstün olublar (1:0).
Qeyd edək ki, tura 20 apreldə yekun vurulacaq. Misli Premyer Liqası 31-ci tur 18 aprel "Araz-Naxçıvan" – "Turan Tovuz" 0:1 (1-ci hissı) Qol:
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev VAR: Tural Qurbanov, Asiman Əzizli. Hakim-inspektor: Babək Quliyev.
Tam oxu
Xəbəri oxu