MPL: Turan Tovuz Sumqayıt a, lider autsayderə qarşı YENİLƏNİR

25.01.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 17-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək

Öncə "Turan Tovuz" nominal meydan sahibi qismində "Sumqayıt"la qarşılaşacaq. Bu oyun Sumqayıtda keçiriləcək.

Turun qapanış matçı isə Masazırda olacaq. Lider "Sabah" autsayder "Karvan-Yevlax"ı qəbul edəcək.

Daha öncə keçirilmiş "İmişli" – "Araz-Naxçıvan" (2:2) və "Neftçi" – "Zirə" (0:0) oyunları bərabərliklə yekunlaşıb. "Şamaxı" öz meydanında "Qəbələ"yə (0:4), "Qarabağ" isə "Kəpəz"ə (0:2) uduzub.

Misli Premyer Liqası
17-ci tur
25 yanvar

"Turan Tovuz" "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

"Sabah" "Karvan-Yevlax"
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov.
“Bank Respublika Arena”, 18:30.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью